23:03 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
16 0 0

Ermənistan prezidentinin əməliyyatı uğurlu keçsə də, onda koronavirus əlamətləri müşahidə olunub və testi müsbət nəticə verib.

BAKI, 5 yanvar — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Armen Sarkisyan artıq özünü təcrid edib.

Erməni mətbuatı isə A.Sarkisyanın Yeni ili öz məzuniyyəti çərçivəsində Böyük Britaniyada keçirdiyini yazır. Bildirilir ki, o, Londonda ayağından əməliyyat olunub. Əməliyyat uğurlu keçsə də, onda koronavirus əlamətləri müşahidə olunub və testi müsbət nəticə verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 85,7 milyonu keçib, 1,85 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular