06:48 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
20 0 0

Dekabrın 20-də koronavirusa qarşı peyvəndləməyə başlayan İsrail 10 gün ərzində artıq bir milyon əhalini peyvəndləyib.

BAKI, 1 yanvar - Sputnik. İsraildə milyonuncu sakin koronavirusa qarşı peyvəndlənib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ölkədə COVID-19-a qarşı vaksinasiya dekabrın 20-də başlanıb.

Məlumata görə, birinci mərhələdə səhiyyə işçiləri, geriatriya müəssisələrinin əməkdaşları və öz nümunəsi ilə vətəndaşları vaksinasiyaya təşviq etməli olan hakimiyyət nümayəndələri peyvəndləniblər. İkinci mərhələdə isə yaşı 60-dan yuxarı və risk qrupuna daxil olan insanlara peyvənd vurulub.

Bundan başqa, İsrail noyabrın 1-də yerli istehsal olan koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayıb. Sınaqlar üç fazada keçiriləcək. Sonuncu fazanın aprel-may ayında keçiriləcəyi planlaşdırılır.

Teqlər:
İsrail, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular