Türkiyə dörd günlük "bağlanır"

© AP Photo / Emrah GurelСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qərara görə, turistlər dekabrın 31-i 21:00-dan yanvarın 1-i 10:00-dək mərkəzi küçə və meydanlara çıxa bilməzlər

BAKI, 31 dekabr - Sputnik. Türkiyədə yanvarın 4-dək komendant saatı tətbiq olunacaq. 

Sputnik Azərbaycan bildirir ki, məhdudiyyətlər barədə məlumatı Respublikanın Nazirlər Kabinetinin iclasından sonra ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan elan etmişdi.

Prezident bildirmişdi ki, ölkədə yeni tip koronavirus infeksiyası ilə mübarizə çərçivəsində 31 dekabr saat 21:00-dan 4 yanvar saat 05:00-dək fasiləsiz komendant saatı qüvvədə olacaq.

Öncə bildirilmişdi ki, bu komendant saatının ölkədəki əcnəbi turistlərə aidiyyatı olmayacaq. 

Ancaq dekabrın 30-da Türkiyə XİN əlavə məhdudiyyətlərin qoyulacağını bəyan etdi. Yeni qərara görə, turistlər dekabrın 31-i 21:00-dan yanvarın 1-i 10:00-dək mərkəzi küçə və meydanlara çıxa bilməzlər. Qərar Türkiyənin bütün əyalət və şəhərlərini ehtiva edir.

Xəbər lenti
0