SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cəbəlüttariqin də bəxti açıldı

© AFP 2023 / JORGE GUERREROCəbəllütariq
Cəbəllütariq - Sputnik Azərbaycan
Abunə olmaq
"Şengen Cəbəlüttariqə də tətbiq olunur, bu isə nəzarəti aradan qaldıraraq iki ərazi arasında "hasarı" yox etməyə imkan verir" - Qonsales Layya

BAKI, 31 dekabr - Sputnik. İspaniya və Böyük Britaniya Cəbəlüttariq rayonunda sərhədlərin keçilməsi məsələsində ilkin razılığa gəliblər. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İspaniya XİN rəhbəri Arança Qonsales Layya bildirib. 

Xanım nazir bildirib ki, bu sənəd Avropa İttifaqı və Birləşmiş Krallıq arasında Cəbəlüttariqlə bağlı gələcək müqavilənin əsasını təşkil edəcək. 

Onun sözlərinə görə, razılaşma Britaniyaya məxsus bu ərazidə Aİ-nin siyasəti və proqramlarının tətbiqinə imkan verir. Burada söhbət, məsələn, Şengen razılaşması və yükdaşıma, nəqliyyatın hərəkətinə dair gömrük rejimindən gedir. 

"Şengen Cəbəlüttariqə də tətbiq olunur, bu isə nəzarəti aradan qaldıraraq iki ərazi arasında "hasarı" yox etməyə imkan verir", - Qonsales Layya deyib.

Xəbər lenti
0