Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Norveçdə torpaq sürüşüb, 12 nəfərdən xəbər yoxdur - VİDEO

© AFP 2023 / OLIVIER MORINNorveçdə dəniz sahilində evlər
Norveçdə dəniz sahilində evlər - Sputnik Azərbaycan
Abunə olmaq
​Bildirilir ki, səhər 26 nəfər axtarılırmış, sonra isə onların sayı 12-yə düşüb. Bu 12 nəfər uçan evlərdə yaşayırmış.

BAKI, 30 dekabr - Sputnik. Norveçdə, Oslo yaxınlığındakı Rumerike vilayətində ötən gecə torpaq sürüşməsi olub. 1.5 min əhalisi olan kənddə 15 ev torpaq altda qalıb, 12 nəfərdən indiyədək xəbər yoxdur. 

Sputnik Azərbaycan bildirir ki, bi barədə NRK telekanalı məlumat yayıb.

"Herdrumda, Askanın mərkəzində torpaq sürüşməsi zamanı bir neçə nəfər xəsarət alıb, 12 nəfərin taleyi naməlumdur. Kəndin 1,5 min sakini təxliyə olunub, polis sağ qalan insanları axtarır", - telekanalın məlumatında deyilir. 

Çərşənbə günü hadisə yerinə Norveçin Baş naziri Erna Sulberq gələrək evsiz qalan, ziyan görən vətəndaşlara  yardım ediləcəyini söz verib.

​Bildirilir ki, səhər 26 nəfər axtarılırmış, sonra isə onların sayı 12-yə düşüb. Bu 12 nəfər uçan evlərdə yaşayırmış.

"Biz ölənləri deyil, sağ qalanları axtarırıq. Tibb ekspertləri bizə hərarət və insanların bu şəraitdə nə qədər müddətə sağ qala biləcəkləri barədə, həmçinin ölənləri nə zaman axtarmağa başlayacağımız haqda bizə məlumat verirlər", - polis Roger Pettersen TV-yə müsahibəsində deyib.

Bildirilir ki, axtarışlar vertolyot vasitəsilə aparılır, çünki sürüşmə zonasında olmaq təhlükəlidir. Gecəki torpaq sürüşməsi ilə iş bitməyib, səhərə yaxın təkrar sürüşmə olub və təhlükə hələ də qalır. 

İsveçin Höteborq şəhərindən mütəxəssislər qonşularının köməyinə tələsiblər. Bildirilir ki, onların oxşar situasiyalarda təcrübələri daha çoxdur.

Xəbər lenti
0