Yeni hökumət üzvlərinin gəldiyi hava limanında partlayış: 5 ölü

© AFP 2023 / SALEH AL-OBEIDIƏdəndə hava limanı, arxiv şəkli
Ədəndə hava limanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi Yəmənin Keçid Şurasının üzvlərinin də daxil olduğu yeni hökumətin üzvləri Ər-Riyadda Prezident Əbdu Rəbbu Mansur Hadinin önündə and içdikdən sonra Ədənə gəlibmişlər

BAKI, 30 dekabr — Sputnik. Yəmənin paytaxtı Ədənin hava limanında partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış yeni hökumət üzvlərinin hava limanına gəldikləri vaxt baş verib.

Partlayış nəticəsində 5 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilir. 

Qeyd olunur ki, Cənubi Yəmənin Keçid Şurasının üzvlərinin də daxil olduğu yeni hökumətin üzvləri Ər-Riyadda Prezident Əbdu Rəbbu Mansur Hadinin önündə and içdikdən sonra Ədənə gəlibmişlər. 

Hökumət üzvləri arasında xəsarət alanların olmadığı bildirilir.

Xəbər lenti
0