15:02 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
15 0 0

Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2797-yə çatıb. Xəstəlikdən sağalanların sayı 140942 nəfər olub. Hazırda bu ölkədə 13881 nəfər xəstəxanada müalicə alır.

BAKI, 29 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 158296-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 348 nəfər artıb.

Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2797-yə çatıb. Xəstəlikdən sağalanların sayı 140942 nəfər olub. Hazırda bu ölkədə 13881 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 81,2 milyonu keçib, 1,77 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular