Hollivud aktyoru Tom Kruz Londonda dəbdəbəli "Corinthia" hotelində əvvəllər kraliça II Elizabetə məxsus olan ikimərtəbəli penthausu icarəyə götürüb. Aktyor "Mission: Impossible - 7" filminin çəkilişi müddətində burada qalacaq
BAKI, 27 dekabr — Sputnik. Hollivud aktyoru Tom Kruz Londonda dəbdəbəli "Corinthia" hotelində əvvəllər kraliça II Elizabetə məxsus olan ikimərtəbəli penthausu icarəyə götürüb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor "Mission: Impossible - 7" filminin çəkilişi müddətində burada qalacaq.
Məlumata görə, burada bir ay qalmaq üçün Kruz 335 min funt sterlinq (773 min manata yaxın) ödəyib.
O da bildirilir ki, penthausda dörd yataq otağı, üç qonaq otağı, dörd hamam otağı və teras var.
"Əvvəlki müsabiqələrdə yazının müəllifi bəlli olduğundan həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər", - deyir yazar. Bu dəfə isə yazılarda müəllifin adı qeyd olunmadığından, onu rahat şəkildə müsabiqə təqdim edib.