04:56 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (576)
3101

Belçikanın Mol qəsəbəsində Şaxta baba paltarında olan şəxsin Qocalar Evinə ziyarətindən sonra orada qalan 18 nəfər dünyasını dəyişib

BAKI, 26 dekabr — Sputnik. Belçikada Şaxta babanın yaşlı insanlara Yeni il əhval-ruhiyyəsi bəxş etmək üçün getdiyi Qocalar Evində 18 nəfər koronavirusa yoluxaraq dünyasını dəyişib.

Sputnik-Azərbaycan HaberTürk-ə istinadla xəbər verir ki, dekabr ayının əvvəllərində Şaxta baba paltarında olan bir şəxsin Belçikanın Mol qəsəbəsindəki Qocalar Evinə gəlməsindən sonra orada qalan 121 yaşlı insan və 34 işçi koronavirusa yoluxub.

Qəsəbə rəhbərliyi xəstələnənlərdən 18-nin artıq dünyasını dəyişidiyini bildirib. Səlahiyyətlilər virusun mənbəyinin müəyyənləşdirilməsi üçün laborator araşdırmaların davam etdiyini vurğulayıblar.

Qəsəbənin bələdiyyə başçısı: "Laborator araşdırmalar hələ başa çatmayıb. Odur ki, hazırda virusun yayılmasına kimin səbəb olduğunu söyləmək mümkün deyil", - deyə bildirib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Şaxta baba paltarında Qocalar Evinə gedən şəxsin koronavirus xəstəsi olduğu bildirilmişdi. Belçika mətbuatında Qocalar Evində qalanlardan birinin oğlunun Şaxta baba paltarı geyinərək bir neçə nəfərlə birlikdə yaşlıları ziayarət etdiyi barədə xəbər verilmişdi. Bu hadisədən bir neçə gün sonra isə yaşlılar arasında COVID-19-a yoluxma halları qeydə alınmağa başlamışdı. Həmin gün çəkilən şəkillərdə Yeni il şənliyində iştirak edən insanların çoxunun maskasız olduğu üzə çıxmışdı.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (576)
Teqlər:
Belçika, yoluxma, ölüm, qocalar evi, Şaxta Baba, pandemiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular