Pop kralına məxsus malikanə satıldı

© AP Photo / Mark J. TerrillВъезд в поместье «Неверленд». Архивное фото
Въезд в поместье «Неверленд». Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edilib ki, daşınmaz əmlak 2015-ci ildə müğənninin varisləri və "Colony Capital" şirkəti tərəfindən 100 milyon dollara satışa çıxarılıb. O vaxtdan bəri onun dəyəri dəfələrlə aşağı düşürdü. Keçən il əmlakın dəyəri 31 milyon dollar təşkil edib

 

BAKI, 26 dekabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında uzun illər amerikalı müğənni, bəstəkar, prodüser və rəqqas Maykl Ceksona məxsus malikanə 22 milyon dollara satılıb. Pop kralının 1987-ci ildə 19,5 milyon dollara aldığı malikanənin yeni sahibi isə sənətçinin milyarder dostu Ron Byorkl olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti bildirib. Qeyd edilib ki, daşınmaz əmlak 2015-ci ildə müğənninin varisləri və "Colony Capital" şirkəti tərəfindən 100 milyon dollara satışa çıxarılıb. 1100 hektar torpaq sahəsi olan malikanənin içində zoopark, lunapark, basketbol meydançası, tennis kortu, hovuz, kinoteatr zalı və 20-yə yaxın bina var. O vaxtdan bəri onun dəyəri dəfələrlə aşağı düşürdü. Keçən il əmlakın dəyəri 31 milyon dollar təşkil edib.

 

Xəbər lenti
0