Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Tottenhem"in futbolçusu qəza törətdiyi üçün saxlanılıb

© AFP 2023 / GLYN KIRKDenni Rouz
Denni Rouz - Sputnik Azərbaycan
Abunə olmaq
Rouz səhər saatlarında idarə etdiyi avtomobili hasara çırpıb. Qəza zamanı avtomobilin təkəri çıxıb, ancaq Rouz özü xəsarət almayıb.

BAKI, 25 dekabr — Sputnik. İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Denni Rouz saxlanılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı futbolçunun qəza törətməsidir.

Məsələ burasındadır ki, Rouz səhər saatlarında idarə etdiyi avtomobili hasara çırpıb. Qəza zamanı avtomobilin təkəri çıxıb, ancaq Rouz özü xəsarət almayıb. Oyunçunun spirtli içki qəbul etmədiyi sübuta yetirilsə də, təhlükəli idarəçiliyə görə bölməyə aparılaraq saxlanılıb.

Qeyd edək ki, Denni Rouz bu mövsüm heç bir oyunda iştirak etməyib.

Xəbər lenti
0