07:18 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
4110

Hadisə bir çox şahid tərəfindən lentə alınıb. Məlumatlara görə, düşmə şaquli deyil, üfüqi olub. Parıltı təxminən 30 saniyə davam edib

BAKI, 24 dekabr — Sputnik. Çinin Seysmoloji Mərkəzi ötən gün yerli vaxtla saat 07:25-də (Moskva vaxtı ilə 02:25-də) Tsinxay əyalətində meteoritə bənzər bir cismin düşdüyünü qeydə alıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kenxi Universitetinin professoru Yevgeni Zubko bildirib ki, kosmik cismin radiusu 1 metrə qədər və kütləsi təxminən 10 tona qədər ola bilər.

Onun sözlərinə görə, belə ölçülərə malik meteoritlərə milyarddan bir rast gəlinir.

Hadisə bir çox şahid tərəfindən lentə alınıb. Məlumatlara görə, düşmə şaquli deyil, üfüqi olub. Parıltı təxminən 30 saniyə davam edib. Yevgeni Zubkonun fikrincə, obyektin yerlə toqquşduğu yerdə ciddi əlamətlər olmalıdır. Çinli mütəxəssislər düşmüş cismi və ya onun böyük qırıqlarını tapacaqlar.

Teqlər:
video, partlayış, Çin, meteorit

Əsas mövzular