Mask "Tesla"nı satmaq istədiyini etiraf etdi

© REUTERS / ALY SONG"Tesla" avtomobili
Tesla avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ilin noyabr ayında iş adamı "Tesla"nın iflas etdiyini proqnozlaşdıraraq şirkətdə ciddi maliyyə itkiləri olduğunu bildirmişdi. Ancaq 2019-cu ildə "Tesla" investorlardan kömək ala bildi.

BAKI, 24 dekabr — Sputnik. "Tesla" şirkətinin qurucusu İlon Mask 2017-ci ildə şirkətini satmağı planlaşdırdığını etiraf edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sahibkar bu barədə öz "Twitter" hesabında yazıb.

O qeyd edib ki, "Apple"ın baş direktoru Tim Kuka bir müqavilə təklif edib.

""Model 3" proqramının ən çətin günlərində Tim Kukla əlaqə saxladım ki, onunla "Apple" tərəfindən "Tesla"nın mövcud dəyərinin 1/10 hissəsini satın alma ehtimalını müzakirə edim. O, görüşməkdən imtina etdi", – deyə Mask qeyd edib.

2018-ci ilin noyabr ayında iş adamı "Tesla"nın iflas etdiyini proqnozlaşdıraraq şirkətdə ciddi maliyyə itkiləri olduğunu bildirmişdi. Ancaq 2019-cu ildə "Tesla" investorlardan kömək ala bildi.

Xəbər lenti
0