05:45 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
13 0 0

Xətibzadə qeyd edib ki, hər hansı bir "əsassız hərəkət"in nəticələrinə görə məsuliyyət ABŞ-ın üzərinə düşəcək.

BAKI, 24 dekabr — Sputnik. İran ABŞ Prezidenti Donald Trampın Bağdaddakı Amerika səfirliyinə hücum ittihamlarını rədd edir, onları əsassız hesab edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Səid Xətibzadə bildirib.

"Daha əvvəl də bəyan edildiyi kimi, İran diplomatik və yaşayış obyektlərinə hücumları rədd edir", - deyə Xətibzadə qeyd edib.

O, həmçinin ABŞ və onun müttəfiqlərini təxribatda ittiham edib.

İran XİN rəsmisi Trampa gərginliyi artırmaqdan və "Ağ Evdəki son günləri zamanı təhlükəli avantürizmdən çəkinməyə" çağırıb.

Xətibzadə qeyd edib ki, hər hansı bir "əsassız hərəkət"in nəticələrinə görə məsuliyyət ABŞ-ın üzərinə düşəcək.

Qeyd edək ki, ötən həftə İraqın paytaxtı Bağdadda hökumət binaları və səfirliklərin yerləşdiyi "yaşıl zona" raket hücumuna məruz qalıb.

Əsas mövzular