15:45 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
29 0 0

Türkiyə Birləşmiş Ştatlardan ala bilmədiyi sistemləri Rusiyadan asanlıqla aldıTürkiyə Birləşmiş Ştatlardan ala bilmədiyi sistemləri Rusiyadan asanlıqla aldı

BAKI, 22 dekabr — Sputnik. Almaniya Aralıq dənizinin şərqində gərginliklə bağlı Yunanıstanın Türkiyəyə qarşı sanksiya tətbiq etmək barədə təklifinə qarşıdır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.

O qeyd edib ki, Türkiyəyə qarşı silah embarqosunu "strateji yanlışlıq" hesab edir.

Maas vurğulayıb ki, bu qərarı NATO üzvünə qarşı vermək elə də asan deyil: "Türkiyə Birləşmiş Ştatlardan ala bilmədiyi sistemləri Rusiyadan asanlıqla aldı".

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

Əsas mövzular