14:46 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
20 0 0

Türkiyə DİN-in qəbul etdiyi sənədə görə, kütləvi tədbirlər məhdudlaşdırıcı tədbirlər hesab edildiyi üçün Yeni il ərəfəsində hotellərdə Yeni il əyləncə proqramları və rəqsləri qadağandır.

BAKI, 22 dekabr — Sputnik. Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin bütün əyalətlərə göndərdiyi sənədlə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən hotellərdə Yeni il əyləncə proqramları qadağan edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sənədə görə, kütləvi tədbirlər məhdudlaşdırıcı tədbirlər hesab edildiyi üçün Yeni il ərəfəsində hotellərdə Yeni il əyləncə proqramları və rəqsləri qadağandır.

Bununla yanaşı, 31 dekabr saat 22:00-dan 4 yanvar saat 5:00-dək restoranlarda, salonlarda və hotellərin digər ümumi sahələrində musiqi ifası və yayımı qadağandır. Həmçinin, komendant saatı dövründə turistlərin böyük şirkətlərə toplaşması qadağan ediləcək.

Xatırladaq ki, dekabrın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində 31 dekabr 21:00-dan 4 yanvar 05:00-dək davamlı komendant saatı tətbiq olunduğunu elan edib.

Əsas mövzular