14:07 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
3101

Al Arabiya-nın müxbiri bildirib k, ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona"ya ən azı üç raket düşüb.

BAKI, 21 dekabr - Sputnik. Bağdadın xüsusi qorunan, əsasən xarici və hökumət obyektləri, o cümlədən ABŞ səfirliyi yerləşən rayonu raket atəşinə tutulub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə İraq Təhlükəsizlik Xidmətindən məlumat verilib.

İraq tərəfinin məlumatına görə, raketlər yaşayış kompleksinin ərazisinə düşüb, binaları və avtomobilləri dağıdıb. Ancaq ilkin məlumata görə, ölən yoxdur.

Al Arabiya-nın müxbiri bildirib k, ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona"ya ən azı üç raket düşüb. Ölkənin təhlükəsizlik xidmətlərindən bildirilib ki, raketlər ABŞ səfirliyinin raket əleyhinə müdafiə sistemləri tərəfindən tutulub. 

"İraqın təhlükəsizlik qüvvələri hazırda Bağdadda, ABŞ səfirliyinin ərazisini vuran raket qurğularını axtarır", - müxbir deyib.

Teqlər:
raket zərbələri, ABŞ səfirliyi, Bağdad, İraq

Əsas mövzular