08:16 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
2201

Hanter Bayden bildirmişdi ki, ona qarşı Delaver ştatında cinayət işi qaldırılıb. Onun sözlərinə görə, ödədiyi vergi məbləğlərinə görə araşdırma aparılır.

BAKI, 20 dekabr - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden oğlu Hanterin işini baş prokuror postuna namizədlərlə müzakirə etməyəcək.

Sputnik Azərbaycan bildirir ki, bunu Ağ Evin gələcək mətbuat katibi Cen Psaki Fox News telekanalının efirində deyib.

"O, bu məsələni bu vəzifə üçün namizədliyini götür-qoy etdiyi adamların heç biri ilə, növbəti baş prokurorla müzakirə etməyəcək. Yeni baş prokuror istənilən araşdırmanın necə aparılacağına özü qərar vermək səlahiyyətində olacaq", - Psaki deyib.

Hanter Bayden bildirmişdi ki, ona qarşı Delaver ştatında cinayət işi qaldırılıb. Onun sözlərinə görə, ödədiyi vergi məbləğlərinə görə araşdırma aparılır.

Teqlər:
söhbət, namizəd, Baş prokuror, araşdırma, cinayət işi, oğul, Co Bayden, ABŞ

Əsas mövzular