14:53 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
3501

CDC bu prioritetin mahiyyətini həmin qrup insanların virusa qarşı daha dözümsüz olmaları ilə izah edib

BAKI, 20 dekabr - Sputnik. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) etnik azlıqların nümayəndələrinin koronavirus vaksinasiyasının prioritet hesab edilməsi təşəbbüsü ilə çıxış edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.

Dəqiqləşdirilir ki, ABŞ ştatlarının yarısında ilk növbədə qaradərililəri, latın amerikalıları və aborigenləri, sonra isə digər vətəndaşları peyvənd etmək məsləhət bilinib.

 Rusiyada epdimioloji vəziyyət
© Russian Federal Service for Veterinary and Phytosanitary Surveillance (Rosselkhoznadzor)/Handout via REUTERS

CDC bu prioritetin mahiyyətini həmin qrup insanların virusa qarşı daha dözümsüz olmaları ilə izah edib. Hər şeydən öncə, bildirilir ki, onlar arasında ölüm halları ağdərililərə nisbətən daha çoxdur.

Verilən tövsiyələri yerinə yetirəcəklərini boyunlarına şəkən 25 ştat arasında Nyu-Meksiko, Kaliforniya və Oreqon da var.

Bu gün məlum olub ki, ABŞ yenidən COVID-19-a yoluxma üzrə "rekord" vurub: ölkədə sutka ərzində 400 mindən çox yeni yoluxma faktı aşkarlanıb. Bu isə dekabrın 11-dəki maksimal göstəricidən 150 min hal çoxdur. Pandemiya başlanandan ABŞ-da 17 17 391 270 nəfər koronavirusa yoluxub.

Hazırda dünyada bir neçə COVID-19 vaksini var. Rusiyada iki - Sputnik-V və EpiVakKorona, ABŞ-da Pfizer, BioNTech və Moderna qeydə alınıb. Böyük Britaniyanın AstraZeneca şirkəti də özünün AZD1222 vaksininin klinik sınaqlarına başladığını bildirib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Teqlər:
latın amerikalılar, aborigenlər, etnik azlıqlar, qaradərili, Pfizer, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19, ABŞ

Əsas mövzular