14:20 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
4301

Şəhərə giriş-çıxışı qadağan edən yeni tədbirlər elan olunan kimi, Londonun iri vağzallarında, eləcə də paytaxtı ölkənin digər şəhərləri ilə bağlayan avtomobil magistrallarında ciddi sıxlıq yaşanıb

BAKI, 20 dekabr - Sputnik. Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok vətəndaşlara koronavirus şəraitində özlərini sanki artıq yoluxmuş kimi aparmağı tövsiyə edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sky News məlumat yayıb.

Onun sözlərinə görə, infeksiya ilə bağlı vəziyyətə nəzarət etmək üçün bu, yeganə imkandır. Nazir qeyd edib ki, bu, əsasən dördüncü səviyyə məhdudlaşdırma tətbiq olunan rayonlarda yaşayanlara aiddir.

Henkok deyib ki, Britaniyada aşkar olunan koronavirusun yeni mutasiyasına nəzarət etmək mümkün deyil, onu yalnız sosial təmasları azaltmaqla “cilovlamaq” olar.

Qeyd edək ki, hakimiyyət yeni tip koronavirusa görə tədbirləri gücləndirdiyini elan etdikdən sonra London sakinləri şəhəri kütləvi surətdə tərk etməyə başlayıblar. Daily Mail qəzeti yazır ki, şəhərə giriş-çıxışı qadağan edən yeni tədbirlər elan olunan kimi, Londonun iri vağzallarında, eləcə də paytaxtı ölkənin digər şəhərləri ilə bağlayan avtomobil magistrallarında ciddi sıxlıq yaşanıb. 

Brexit partiyasının lideri Naycel Farac isə bu günün hadisələrini Britaniya paytaxtında 80 il əvvəl, İkinci Dünya müharibəsinin başlandığı vaxtla müqayisə edib:

“Baş nazirlə hökumət ekspertlərini təbrik edirəm, siz 1939-cu ildən bəri Londondan ilk təxliyəyə səbəb oldunuz”.

Səhiyyə naziri isə öz növbəsində Londondan qaçanları qınayıb. Onların vağzallarda toplaşmasını “tamamilə məsuliyyətsiz hərəkət” adlandırıb.

Bir qədər əvvəl Böyük Britaniyanın Baş naziri Boris Condon demişdi ki, ölkədə müəyyən olunmuş koronavirusun yeni ştammı 70% daha yoluxucudur. Bu səbəbdən dekabrın 20-dən ölkənin cənub-şərqində, eləcə də Londonda dördüncü səviyyə məhdudlaşdırma tətbiq edilib. Bu tədbirə görə, ilkin tələbat malları satanlardan başqa digər bütün mağazalar, trenajor zalları, bərbərxanalar və digər müəssissələr bağlanır. İnsanlara evlərindən çıxamamaq tövsiyə olunur.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Teqlər:
sıxlıq, təxliyə, əhali, vağzal, London, Boris Conson, baş nazir, səhiyyə naziri, Böyük Britaniya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular