Milyarderin oğlu maşında yanıb öldü

© AFP 2023 / JOSH EDELSONСгоревший автомобиль, фото из архива
Сгоревший автомобиль, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq mühafizə orqanları hadisəni araşdırır. İlkin məlumata görə, maşının benzin çəni qəza zamanı partlayıb

BAKI, 20 dekabr — Sputnik. ABŞ-ın Bridgewater Associates şirkətinin banisi Rey Dalionun oğlu, 42 yaşlı Devon Dalio yol qəzasında həlak olub.

Sputnik Azərbaycan Associated Press-ə istinadən bildirir ki, qəza Qrinviçdə baş verib. Avtomobil əvvəl səkiyə çıxıb, sonar mağazaya çırpılaraq yanıb. Polislər özlərini hadisə yerinə çatdıranacan maşın tamam tüstü içində imiş.

​Hüquq mühafizə orqanları hadisəni araşdırır. İlkin məlumata görə, maşının benzin çəni qəza zamanı partlayıb.

Rey Dalio Bridgewater Associates investisiya şirkətinin banısıdır, o, dünyanın 10 nəhəng hec-fondundan biridir. 2015-ci ildə R.Dalio Bloomberg-in versiyasına görə, dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 18-ci yeri tuturdu. 2018-ci ilin aprelində onun sərvəti 17.4 milyard dollar idi.

Devon Dalio isə P-Squared Management Enterprises investisiya şirkətinin həmtəsisçilərindən idi. Evli idi, bir qızı var.

Xəbər lenti
0