08:15 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
66 0 0

Ermənistanın "Vətənin Xilası Naminə Hərəkatı"nın lideri Vazgen Manukyan bu gün mitinqdə ölkəsi ilə bağlı kədərli proqnozlar verib.

BAKI, 19 dekabr — Sputnik. Ermənistan atəşkəs rejimi dövründə də güzəştə getməyə davam edir. Bu ya Ermənistanın dünya xəritəsindən tamamilə yox olmasına, ya da heç kimin hesaba almayacağı səfil bir ölkəyə çevrilməsinə gətirib çıxaracaq.

Sputnik Ermənistan xəbər verir ki, bu sözləri Ermənistanın "Vətənin Xilası Naminə Hərəkatı"nın lideri Vazgen Manukyan deyib.

Yerevanda müxalifətin bu gün keçirilən mitinqində çıxış edən Manukyan, Ermənistanda anarxiyanın qurulduğunu söyləyib.

"Bu davam edərsə, xalqımızın təhlükəsizliyini təmin edə bilməyəcəyik. Heç kim bizimlə hesablaşmaq istəməyəcək", - Manukyan deyib.

O deyib ki, müxalifət müharibədə həlak olanların xatirəsini yad etmək üçün meydana toplaşıb. Manukyan həlak olanların bəziləri ilə hələ Birinci Qarabağ müharibəsi zamanından dostluq etdiyini vurğulayıb.

Siyasətçinin sözlərinə görə, onlar təkcə seçilmişlər üçün deyil, hər kəs üçün ədalətli və firavan olacaq azad, müstəqil, qüdrətli, nüfuzlu bir Ermənistan və "Artsax" qurmağı arzulayırlar.

"Onlar ölkələri ilə qürur duymaq istəyirdilər. İtkin düşmüş uşaqlar - bu qəribə, yaxud da çoxlarının dediyi kimi "satılmış müharibə"də ölən və itkin düşən əsgərlər, zabitlər, könüllülər də - eyni düşüncələrlə müharibəyə getdilər", - Manukyan deyib.

O, əmindir ki, bu müharibə olmaya da bilərdi. Danışıqları uğursuzluğa yuvarlatmaq, bütün müttəfiqləri itirmək, düşməni təhrik etmək üçün ya xain, ya da cahil olmaq lazım idi. Manukyan qeyd edib ki, Ermənistan müharibəni qazana və ya minimal itki ilə çıxa bilərdi.

Siyasətçi 90-cı illərin əvvəllərində 2,5 il ərzində sıfırdan bir ordu yaratdıqlarını və "Azərbaycanın biabırçı məğlubiyyəti"nə səbəb olduqlarını əlavə edib.

Əsas mövzular