04:52 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
19 0 0

Türkiyənin Qaziantep şəhərində oksigen cihazında yaranan nasazlıqla əlaqədar baş verən yanğında ölənlərin sayı 9-a çatıb.

BAKI, 19 dekabr — Sputnik. Bir neçə saat öncə Türkiyədə COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mediasına isitnadən xəbər verir ki, bədbəxt hadisə Qaziantepdə baş verib.

Belə ki, oksigen cihazında yaranan nasazlıqla əlaqədar baş verən yanğında ölənlərin sayı 9-a çatıb. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində, "Qaziantepdə reanimasiya şöbəsində baş verən hadisə hamımızı üzüb", - deyə bir paylaşım edib.

O qeyd edib ki, digər xəstələr təcili yardım əməkdaşları tərəfindən yaxın ərazilərdəki xəstəxanalara köçürülüblər.

"Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Hadisəni yaxından izləyirik", - Qoca əlavə edib.

Əsas mövzular