15:24 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
21 0 0

İctimaiyyətin çoxsaylı şikayətlərindən sonra qız 2019-cu ildə həbs olunmuşdu. Çox adam Fatimənin üzünü göstərməsinə və bu ifadələri rədd etməsinə baxmayaraq plastik əməliyyat keçirdiyini düşünürdü.

BAKI, 19 dekabr — Sputnik. Britaniyanın "Mirror" qəzetinin məlumatına görə, Ancelina Colinin (Anjelina Joli) imicini təqlid edən iranlı "Instagram" bloggeri Fatima Xişvand həbsdən çıxıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, blogger söyüş söydüyünə görə, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

19 yaşlı gənc qız "Instaqramda" fotoşoplu zombiyə bənzər fotosunu yerləşdirdikdən sonra məşhurlaşıb. Eyni zamanda sosial şəbəkə istifadəçilərinin çoxu bloggeri Hollywood aktrisası Ancelina Coliyə bənzətdiyini qeyd edib.

İctimaiyyətin çoxsaylı şikayətlərindən sonra qız 2019-cu ildə həbs olunmuşdu. Çox adam Fatimənin üzünü göstərməsinə və bu ifadələri rədd etməsinə baxmayaraq, plastik əməliyyat keçirdiyini düşünürdü.

Hazırda blogger həbsdən girov müqabilində sərbəst buraxılıb və Tehrandakı ailəsinin yanına gedib.

Qeyd edək ki, blogger haqqında hökm çıxana qədər 15 ay həbsxanada qalıb.

Əsas mövzular