Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türklərin sevimli oyunu UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib

© AFP 2023 / JEAN-PIERRE MULLERЛоготип ЮНЕСКО, фото из архива
Логотип ЮНЕСКО, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dərin tarixə sahib oyun Osmanlı dövründə sosiallaşma və mədəni paylaşım vasitələrindən biri olub. Xatırladaq ki, Azərbaycanda da bu oyuna bənzər "Beş daş" deyilən oyun var.

BAKI, 18 dekabr — Sputnik. Türkiyənin "Manqala" oyunu UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı"na daxil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabı vasitəsilə bildirib.

Türkiyənin xüsusilə Qaziantep, Şanlıurfa, Hatay kimi vilayətlərində daha yayğın əl oyunu olan "Manqala" ölkənin fərqli bölgələrində "Göçürme", "Mankala", "Kümelek", "Doqquz Quyu", "Doqquz Daş", "Emme", "Qala", "Mele", "Xana", "Quyu Daşı", "Göçme" kimi fərqli adlarla da tanınır. Dərin tarixə sahib oyun Osmanlı dövründə sosiallaşma və mədəni paylaşım vasitələrindən biri olub. İki nəfər və ya iki qrup arasında oynanan oyunda daş yerinə toxumlardan da istifadə edilə bilər.

Xatırladaq ki, Azərbaycanda da bu oyuna bənzər "Beş daş" deyilən oyun var.

Xəbər lenti
0