17:33 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
3210

Bu ölkədə Türkiyə-Ukrayna xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə "2 + 2" formatında xüsusi iclas keçiriləcək.

BAKI, 17 dekabr — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfər edəcəklər. Sputnik Azərbaycan TRT Haber-ə istinadla məlumat verir ki, rəsmi görüşlərdə əsasən sənaye layihələri müzakirə oluncaq.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ukraynada 9-cu Yüksək Səviyyəli Strateji Şura toplantısına hazırlıq aparılacaq və Türkiyə-Ukrayna xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə "2+2" formatında xüsusi iclas keçiriləcək.

"Milli müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu iclasa qatılmaq üçün 17-18 dekabr tarixlərində Ukraynada rəsmi səfərdə olacaqlar", - deyə nazirliyin məlumatında bildirilir.

Bundan başqa, Çavuşoğlunun Ukraynada Krım tatarları, qaqauzlar, axısqa türkləri kimi türk mənşəli etnik millətlərin nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Teqlər:
Ukrayna, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, Baş Qərargah rəisi Hulusi Akar, Hulusi Akar

Əsas mövzular