23:09 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
124 0 0

Türkiyə Prezidenti: "Bu qərardan sonra biz müdafiə sənayesində öz istehsalımızı artırmaq üçün iki dəfə artıq səy göstərəcəyik. Bu cür sanksiyaların bizi ləngitdiyi günü çoxdan geridə qoymuşuq".

BAKI, 16 dekabr — Sputnik. "Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınmasına görə Vaşinqtonun Ankaraya qarşı sanksiyaları müttəfiqlik münasibətləri ilə uyğun gəlmir. Bu, Türkiyənin suverenliyinə hücumdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Ötən gün Avropa İttifaqı bizə qarşı sanksiya tətbiq etməklə hədələyirdi, sonra ABŞ... Bu günə qədər "CAATSA" bizdən başqa heç bir NATO ölkəsinə qarşı tətbiq olunmayıb. Bu necə müttəfiqlikdir? Bu necə alyansdır? Hansı əsaslarla? Türkiyə Rusiyadan "S-400" alıb. Məgər Türkiyə sizdən Hava Hücumundan Müdafiə (HHM) sistemləri istəməyib? Bu qərar bizim suverenliyimizə hücumdur, bizə təzyiq vasitəsidir", - deyə Ərdoğan qeyd edib.

O, əlavə edib ki, Türkiyə dəfələrlə ABŞ-a "S-400"-lərlə bağlı fikir ayrılıqlarının nizamlanması üçün işçi qrupun yaradılmasını təklif edib: "Bu qərardan sonra biz müdafiə sənayesində öz istehsalımızı artırmaq üçün iki dəfə artıq səy göstərəcəyik. Bu cür sanksiyaların bizi ləngitdiyi günü çoxdan geridə qoymuşuq".

Xatırladaq ki, dekabrın 14-ü rəsmi Vaşinqton Türkiyə Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmayıl Dəmir və digər üç səlahiyyətlisinə sanksiya tətbiq edib.

ABŞ-ın dövlət katibi Mayk Pompeonun izah etdiyi kimi, bu qərar Rusiyanın zenit raket sistemlərinin Ankara tərəfindən satın alınması ilə əlaqədardır. O, Türkiyəni ABŞ-la koordinasiya şəraitində S-400 problemini "dərhal" həll etməyə çağırıb.

"Türkiyə ABŞ üçün dəyərli bir ortaq və əhəmiyyətli bir regional təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin sərəncamındakı S-400 maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklər boyu mövcud olan məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik", - Pompeonun yazılı açıqlamasında deyilir.

Pompeonun fikrincə, sanksiyaların tətbiqi "ABŞ-ın CAATSA-nın (Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə aktı - red.) 231-ci bəndini tamamilə tətbiq edəcəyinə və Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli əməliyyatlara dözməyəcəyinə dair açıq bir siqnal" verir.

"CAATSA-nın 231-ci bəndi və bugünkü fəaliyyət Türkiyə, yaxud ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır. Əksinə, Rusiyanın genişmiqyaslı zərərli hərəkətlərinə cavab olaraq bir bədəl ödəməsini hədəfləyir", - Dövlət Departamentinin açıqlamasında deyilir.

Teqlər:
S-400 zenit-raket kompleksi, S-400, ABŞ, dövlət katibi Mayk Pompeo, Mayk Pompeo, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan

Əsas mövzular