Santa Klausu qocalar evinə dəvət etdilər – 75 nəfər koronavirusa yoluxdu

© AFP 2023 / TOBIAS SCHWARZSanta Klaus, arxiv şəkl
Santa Klaus, arxiv şəkl - Sputnik Azərbaycan
Abunə olmaq
İndi yerli rəhbərlik vəziyyəti nəzarət altına almaq və təqaüdçülərə yardım etmək üçün mümkün olan hər şeyi edir.

BAKI, 16 dekabr — Sputnik. Belçikada qocalar evində koronavirusa kütləvi yoluxma qeydə alınıb. Virusu böyük ehtimalla qocalar evinə dəvət olunan Santa Klaus yayıb. Bu barədə Sputnik Azərbaycan "Sky News"-a istinadən xəbər verir.

Hadisə Antverpen şəhərində baş verib. Belə ki, Santa Klaus paltarında tədbirə qatılan şəxsdə virus tapılıb. Bundan sora qocalar evində aparılan test nəticəsində 75 nəfərin bu virusa yoluxduğu məlum olub. Yoluxan şəxslərdən 14-ü müəssisənin əməkdaşıdır.

Bələdiyyə meri Vim Keyers bəyan edib ki, Santa Klausun səfəri təqaüddə olan şəxsləri ruhlandırmaq üçün təşkil olunub. İndi yerli rəhbərlik vəziyyəti nəzarət altına almaq və təqaüdçülərə yardım etmək üçün mümkün olan hər şeyi edir. Bələdiyyə Santa Klausun dəvətinin yanlış olduğunu bildirib.

Xəbər lenti
0