Osmanlı xanədanının ən yaşlı nümayəndəsi vəfat edib

© Sputnik / Murad OrujovBakıda ulu öndər Heydər Əliyevin anım mərasimi
Bakıda ulu öndər Heydər Əliyevin anım mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə məlumatı tarixçi alim İbrahim Pazan yayıb. Onun sözlərinə görə, Sultanzadə Yavuz bu gün Beyrutda dəfn edilib

BAKI, 15 dekabr — Sputnik. Osmanlı xanədanının ən yaşlı nümayəndəsi Sultanzadə Yavuz Alpan vəfat edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 92 yaşlı Sultanzadə Yavuz Alpan ötən gecə Livanda ürək çatışmazlığından dünyasını dəyişib.

Bu barədə məlumatı tarixçi alim İbrahim Pazan yayıb. Onun sözlərinə görə, Sultanzadə Yavuz bu gün Beyrutda dəfn edilib.

Qeyd edək ki, Sultanzadə Yavuz Alpan - Sultan Əbdülməcid Xanın nəslindəndir. Babası Şahzadə Mehmet Burhanəddin Əfəndi, atası Şahzadə İbrahim Tevfik Əfəndidir.

1928-ci ildə anadan olan Yavuz Alpanın bacısı Fatma Zəhra Sultan 1965-ci ildə İstanbulda vəfat edib. Məzarı Türkiyədə Çəmbərlitaşda Sultan İkinci Mahmud Xan Türbəsi ərazisindədir.

Mərhum Yavuz Alpanın böyük bacısı Bilun Hanımsultan isə 2019-cu il 17 yanvarda 100 yaşında Beyrutda vəfat edib.

 

Xəbər lenti
0