Ermənistanda son gündə 26 nəfər koronavirusdan öldü

© AFP 2023 / MAURO PIMENTELПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии в Бразили, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии в Бразили, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 15 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 149120-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 438 nəfər artıb.

Ermənistanda son gündə daha 26 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2529-a çatıb. Xəstəlikdən sağalanların sayı 127452 nəfər olub. Hazırda bu ölkədə 18513 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 72,8 milyonu keçib, 1,62 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0