İranın xarici işlər naziri ABŞ-a qarşı çıxdı, Türkiyəni dəstəklədi

© AFP 2023 / YAMIL LAGEМинистр иностранных дел Ирана Мохаммад Джавад Зариф, фото из архива
Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, ötən gün rəsmi Vaşinqton Türkiyə Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmayıl Dəmir və digər üç səlahiyyətlisinə sanksiya tətbiq edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını qətiyyətlə pisləyir və Türkiyə xalqı və hökumətini dəstəkləyirik Sputnik Azərbaycan xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.

"ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizliyi tam şəkildə yenidən özünü göstərdi", - deyə Zərif yazıb.

Qeyd edək ki, ötən gün rəsmi Vaşinqton Türkiyə Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmayıl Dəmir və digər üç səlahiyyətlisinə sanksiya tətbiq edib.

ABŞ-ın dövlət katibi Mayk Pompeonun izah etdiyi kimi, bu qərar Rusiyanın zenit raket sistemlərinin Ankara tərəfindən satın alması ilə əlaqədardır. O, Türkiyəni ABŞ-la koordinasiya şəraitində "S-400 problemi"ni "dərhal" həll etməyə çağırıb.

"Türkiyə ABŞ üçün dəyərli bir ortaq və əhəmiyyətli bir regional təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin sərəncamındakı S-400 maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklər boyu mövcud olan məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik", - Pompeonun yazılı açıqlamasında deyilir.

Pompeonun fikrincə, sanksiyaların tətbiqi "ABŞ-ın CAATSA-nın (Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə aktı-red.) 231-ci bəndini tamamilə tətbiq edəcəyinə və Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli əməliyyatlara dözməyəcəyinə dair açıq bir siqnal" verir.

"CAATSA-nın 231-ci bəndi və bugünkü fəaliyyət Türkiyə, yaxud ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır. Əksinə, Rusiyanın geniş miqyaslı zərərli hərəkətlərinə cavab olaraq bir bədəl ödəməsini hədəfləyir", - Dövlət Departamentinin açıqlamasında deyilir.

Xəbər lenti
0