22:36 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
27521

İsrailin baş naziri İranın bütün dünyada sülhü təhdid etdiyini vurğulayaraq "Dünya sülhü üçün bu böyük təhdidin qarşısını almaq məqsədi ilə hamımız birləşməliyik", - deyib.

BAKI, 14 dekabr — Sputnik. İsrail dövlətində rəsmi səfərdə olan ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen baş nazir Benyamin Netanyahu ilə görüşüb. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla yaydığı xəbərə görə, Netanyahu Qərbi Qüdsdəki iqamətgahında O'Brayenlə birgə keçirdiyi mətbuat konfransında İranın dünyada sülhü təhdid etdiyini vurğulayaraq: "Dünya sülhü üçün bu böyük təhdidin qarşısını almaq məqsədi ilə hamımız birləşməliyik", - deyib.

İranın bölgədəki və dünyadakı "terror təşkilatlarını" dəstəklədiyini iddia edən Netanyahu: "Əgər bu gün İran İslam Respublikasının qarşısı alınmasa, sabah Avropa və Amerikanı hədəf ala biləcək nüvə başlıqlı raketlərə sahib olacaq və qlobal bir tirana çevriləcək. Beləliklə, hər kəsi təhlükəyə atacaq", - deyə qeyd edib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Sudan və Mərakeşin İsrail ilə münaibətlərinin normallaşmasında ABŞ-ın böyük rol oynadığını vurğulayan baş nazir üzünü ABŞ təmsilçisinə tutaraq: "Prezident Donald Tramp Tehranın nazı ilə oynamaq yerinə, ən ağır sanksiyalar tətbiq etmə siyasəti apardı. Bu siyasət Yaxın Şərqdə böyük dəstək qazandı. İsraillilər və ərəblər Trampı İranla bağlanmış ən pis nüvə anlaşmasından çıxarkən təqdir etdilər. İndi İsrail İranı dayandırmaq üçün ABŞ və ərəb ölkələri ilə razılığa gəlib. O'Brayen, məncə, siz də bunu təsdiqləyirsiniz", - deyib.

O'Brayen isə İsrailin ərəb ölkələri ilə razılığa gəlməsinin vacibliyini vurğulayaraq, "Bu razılaşmaların hamısı çox vacib idi, ancaq bunlardan heç biri yəhudi xalqı ilə tarixi əlaqələri olan Mərakeşlə bağlanan müqavilə qədər mühüm deyildi" ifadələrini işlədib.

Qeyd edək ki, ABŞ-ın milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayenin İsrailə rəsmi səfəri dekabrın 13-də başlamışdı.

 

Teqlər:
nüvə silahı, ərəb ölkələri, razılıq, Benyamin Netanyahu, ABŞ, İsrail, İran

Əsas mövzular