04:05 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
25 0 0

Almaniya federal-kansleri peyvəndin təhlükəsizliyinə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini bildirib.

BAKI, 13 dekabr - Sputnik. Almaniyanın Baş naziri Angela Merkel Almaniya və Avropa İttifaqında yeni növ koronavirusa (COVİD-19) qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Merkel peyvəndin təhlükəsizliyinə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini bildirib.

Baş nazir Agentliyin peyvəndlə bağlı qərarını dekabrın 29-a qədər açıqlayacağını bəyan etdiyini xatırladıb:

"Bundan dərhal sonra peyvəndin bütün Avropa ölkələrinə çatdırılmasına başlanılacaq və yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq. Agentliyin qərarından bir neçə gün sonra peyvəndin vurulması prosesi başlayacaq".

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Almaniya kansleri Angela Merkel, Angela Merkel, Avropa ittifaqı

Əsas mövzular