16:07 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
93603

Bununla bağlı səfirə İran tərəfinin etirazı çatdırılıb və bildirilib ki, artıq "ərazi iddiaları dövrü" arxada qalıb.

BAKI, 11 dekabr — Sputnik. Dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın qələbəsindən narahat olan bəzi qüvvələri hərəkətə gətirib. Paradda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur mahnıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanıb. İş o yerə çatıb ki, hətta bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır
© Murat CETINMUHURDAR / TURKISH PRESIDENTIAL PRESS SERVICE / AFP

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, rəsmi Tehran Ərdoğanın şeir oxumasını "qəbuledilməz addım" kimi qiymətləndirib.

"Türkiyənin İrandakı səfiri cənab Ərdoğanın Bakıya səfəri zamanı yol verdiyi qəbuledilməz bəyanatı ilə bağlı çağırılıb", – deyə İranın Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Qurum Türkiyə prezidentinin çıxışını "müdaxilə" kimi dəyərləndirib.

Bununla bağlı səfirə İran tərəfinin etirazı çatdırılıb və bildirilib ki, artıq "ərazi iddiaları dövrü" arxada qalıb.

"Səfirə bildirildi ki, İran heç kimə ərazi bütövlüyü məsələsinə qarışmağa icazə vermir. Buna tarix (İran tarixi - red.) də şahidlik edib", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir qədər bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif heç kimin Ərdoğana oxuduğu şeirin İranın şimal-qərb hissəsində (Cənubi Azərbaycan - red.) "ərazilərin zorla bölünməsi" mövzusunda olduğunu xatırlatmadığına təəccübləndiyini bildirmişdi.

Teqlər:
səfir, Türkiyә, İran, şeir, parad, Zəfər Günü, Bakı, Rəcəb Tayyip Ərdoğan

Əsas mövzular