16:58 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
2201

Noyabrın 7-də Amerikanın aparıcı kütləvi informasiya vasitələri ABC News, FOX News, CNN, AP və NBC Baydenin seçkidə qələbə qazandığını elan etdilər

BAKI, 11 dekabr — Sputnik. Time jurnalı "İlin adamı" adını ABŞ prezidentliyinə namizəd Co Baydenə və vitse-prezident vəzifəsinə namizəd Kəmalə Harrisə verib.

"İlin adamı - təkcə ötən il baş verənlər deyil, həm də bizim istiqamətimizdir", - jurnalın Twitter hesabında qeyd olunub. 

​Qeyd edək ki, ABŞ-da noyabrın 3-də prezident seçkisi keçirilib. Dövlət başçısı vəzifəsi uğrunda demokratlar partiyasından Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp mübarizə aparıblar.

Noyabrın 7-də Amerikanın aparıcı kütləvi informasiya vasitələri ABC News, FOX News, CNN, AP və NBC Baydenin seçkidə qələbə qazandığını elan etdilər. Həmin vaxt rəsmi nəticələr hələ elan olunmamışdı.

Teqlər:
Kəmalə Harris, Co Bayden, İlin adamı, "Time" jurnalı, ABŞ

Əsas mövzular