Yerevanda Bakı ilə diplomatik əlaqələr qurmaq barədə düşünürlər

© Photo : Denis BalibouseОхранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария
Охранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan parlamentinin hakim fraksiyasının sədri dürüst olmağa, məsuliyyət göstərib məğlubiyyəti qəbul etməyə çağırıb.

BAKI, 8 dekabr — Sputnik. Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, "Mənim addımım" hakim fraksiyasının üzvü Andranik Köçəryan deyib ki, Yerevan Azərbaycanla dialoq quraraq diplomatik münasibətlər yaratmalıdır.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən məlumatına görə, o, dürüst olmağa, məsuliyyət göstərib məğlubiyyəti qəbul etməyə çağırıb.

"Biz döyüş meydanında olduğu kimi, mənəvi və psixoloji cəhətdən də uduzduq. Aydındır ki, məğlubiyyət faktı əlavə komplekslərə gətirib çıxaracaq, ancaq bu mənəvi boşluq vəziyyətindən tezliklə çıxmaq lazımdır... Son nəticədə, nə qədər çətin olsa da, qalib gəlmiş tərəflə dialoqa başlamağa cəhd göstərmək lazımdır. İri müharibələrdən sonra özünü düzəltməyi bacarmış, demək olar ki, bütün ölkələr bu yolla gediblər", - Köçəryan deyib.

Onun sözlərinə görə, Azərbaycanla diplomatik əlaqələrin qurulması "gözlənilən perspektivləri dəyişə bilər". 

Deputat deyib ki, olub-bitənləri də unutmaq olmaz, "yəni diplomatiya mümkün iqtisadi, hərbi və mənəvi-psixoloji risklərin qiymətləndirilməsi üzərində qurulmalıdır".

Каталикос всех армян Гарегин II , фото из архива - Sputnik Azərbaycan
Ermənilərin katolikosu da Paşinyanı istefa verməyə çağırdı

"Maksimal savadlı şəkildə atılmış addımlar təhlükəsizlik və müdafiə sahəsində yaranmış problemlərin həllinin iqtisadi inkişafa və islahatlara, iqtisadiyyatın modernləşməsi üçün aparıcı qüvvəyə çevrilməsinə səbəb olacaq. İqtisadi siyasət ordu quruculuğu və təhlükəsizlik sisteminin formalaşdırılması əsasında da ola bilər", - deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0