16:25 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
24 0 0

"Erməni kilsəsinin katolikosu bəyan edib ki, Qarabağda müharibədən sonra erməni xalqı ağrı və acı itkilər yaşayır" - katolikos.

BAKI, 8 dekabr — Sputnik. Bütün erməniləri katolikosu II Qaregin Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya getməyə çağırıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Erməni kilsəsinin katolikosu bəyan edib ki, erməni xalqı Qarabağda müharibədən sonra ağrı və acı itkilər yaşayır: "Çox sayda itki və Qarabağın böyük bir hissəsinin itirilməsi milli birliyi və həmrəyliyi pozdu. Cəmiyyətdəki artan gərginlik, xarici və daxili çağırışlar, həmçinin baş nazirə olan inam səviyyəsinin aşağı olması səbəbindən mümkün toqquşmalar və faciəli nəticələrin olmaması üçün onu istefaya çağırdıq".

Xatırladaq ki, bu gün Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana istefa vermək üçün verdiyi vaxt bitib. Saat 12:00-dan Yerevanın mərkəzində etirazçılar toplaşaraq onu istefa verməyə çağırırlar. Nümayişçilər paytaxt küçələrini bağlamağa çalışırlar.

Teqlər:
etiraz aksiyası, Nikol Paşinyan, istefa, Ermənistan

Əsas mövzular