23:12 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
31 0 0

Belarus prezidenti Aleksandr Lukaşenkonun Olimpiya Oyunları və qurumun bayrağı altındakı digər tədbirlərdə iştirakına müvəqqəti qadağa qoyulub - BOK.

BAKI, 7 dekabr - Sputnik. Beynəlxalq Olimpiya Komitəsi (IOC) Belarus prezidenti Aleksandr Lukaşenkonun Olimpiya Oyunları və qurumun bayrağı altındakı digər tədbirlərdə iştirakına müvəqqəti qadağa qoyub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə IOC prezidenti Tomas Bax mətbuat konfransında açıqlama verib. O, Belarus Milli Olimpiya Komitəsinin (MOK) hazırkı rəhbərliyinin addımlarının Olimpiya Xartiyasının başlıca prinsiplərinə zidd olduğunu və Olimpiya hərəkatının nüfuzuna ciddi təsir etdiyini vurğulayıb.

Qadağalar eyni zamanda Belarus MOK-un prezidenti postunu tutan Aleksandr Lukaşenkoya, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskova şamil edilib.

IOC belə qənaətə gəlib ki, Belarus MOK-un rəhbərliyi ölkə idmançılarını siyasi ayrıseçkilikdən kifayət qədər qorumur.

Eyni zamanda, idmançıların Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırkığı üçün vəsait istisna olmaqla, Belarus MOK-un bütün maliyyələşməsi dondurulub. İdman təhsili proqramları Belarus MOK-u vasitəsilə yox, birbaşa IOC tərəfindən maliyyələşdiriləcək.

Əsas mövzular