17:07 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
27 0 0

Polis əməkdaşları hadisə yerində avtomat və tapançadan atılan iyirmidən çox patron və üstündə qan izləri olan taxta dəyənək tapıblar. 

BAKI, 7 dekabr - Sputnik. Dekabrın 7-də Yerevanda atışma baş verib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə paytaxtın Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzi məlumat yayıb. 

Hadisə Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında olub. Yerli vaxtla saat 14:40-da polisə Nor Nork rayonunda universitet yaxınlığında atışma olduğu barədə məlumat verilib. Polis əməkdaşları hadisə yerində avtomat və tapançadan atılan iyirmidən çox patron və üstündə qan izləri olan taxta dəyənək tapıblar. 

Hərbi universitetin daş hasarında da müvafiq izlər aşkarlanıb. Hazırda polis hadisəni törədənləri tapmaq məqsədilə bütün xəstəxanaları məlumatlandırıb. Baş vermiş hadisə nəticəsində güllə yarası alan Yerevan sakini, 29 yaşlı Qurgen P.-nin xəstəxanaya aparıldığı məlum olub.

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir. 

 

Teqlər:
Yerevan, Ermənistan

Əsas mövzular