15:42 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
22 0 0

Kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.

BAKI, 6 dekabr - Sputnik. Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filipp koronavirusa qarşı peyvənd ediləcək.

Bununla bağlı “Daily Mail” məlumat yayıb.

Məlumatlara görə, kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.

Qeyd edilib ki, vaksinasiyanın ikinci mərhələsi ölkədə 80 yaşdan yuxarı insanların peyvəndlənməsini nəzərdə tutur.

İlk mərhələdə isə tibb işçiləri, qocalar evinin sakinləri vaksinasiya ediləcək.

Birinci mərhələyə növbəti həftədən start veriləcək.

Teqlər:
Böyük Britaniya, Koronavirus, COVID-19, vaksinasiya, kraliça II Yelizaveta

Əsas mövzular