Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan XİN başçısı sabah Rusiyaya səfər edəcək

Abunə olmaq
Rusiya XİN səfər zamanı iki ölkənin xarici işlər nazirlərinin görüşündə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabrda imzaladıqları bəyanatın reallaşdırılması ilə bağlı məsələlərin xüsusi diqqət mərkəzində olacağını açıqlayıb.

BAKI, 6 dekabr - Sputnik. Ermənistan xarici işlər naziri Ara Ayvazyan 6-7 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq.

Sputnik Azərbaycan məlumat verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

APA-nın xəbərinə görə, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi səfər zamanı iki ölkənin xarici işlər nazirlərinin görüşündə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabrda imzaladıqları bəyanatın reallaşdırılması ilə bağlı məsələlərin xüsusi diqqət mərkəzində olacağını açıqlayıb.

Xəbər lenti
0