21:13 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
2920

Qızın sözlərinə görə, İzmirdə güclü zəlzələ olan gün, oktyabrın 30-da Adnan Çetinin durumu ağırlaşıbmış, amma zəlzələdə xəsarət alanlardan kiminsə ehtiyacı olar deyə özünə görə təcili tibbi yardım çağırmayıb

BAKI, 5 dekabr - Sputnik. İyirmi beş illik fasilədən sonra tibb fakültəsindən məzun olan təcili yardım həkimi Adnan Çetin koronavirusa yoluxaraq dünyasını dəyişib. 

Sputnik Azərbaycan Milliyet-ə istinadən bildirir ki, həkimin qızı Afra Sevde Çetin atasının evdə müalicə aldığını, sonradan vəziyyətinin ağırlaşdığını deyib. Qızın sözlərinə görə, İzmirdə güclü zəlzələ olan gün, oktyabrın 30-da Adnan Çetinin durumu ağırlaşıbmış, amma zəlzələdə xəsarət alanlardan kiminsə ehtiyacı olar deyə özünə görə təcili tibbi yardım çağırmayıb. Xəstəxanaya yerləşdiriləndə onun ciyərlərinin 80 faizində tutulma olduğu bəlli olub. A.Çetin 35 gün reanimasiyada qaldıqdan sonra dekabrın 4-də dünyasını dəyişib.

Adnan Çetin illər öncə tibb fakültəsində təhsilini yarımçıq qoymağa məcbur olub, amma həkimliyə olan sevdası heç vaxt bitməyib. Bu ilin fevralında tibb fakültəsindən məzun olmağı bacaran A.Çetin mayda işə başlayaraq cəmi 7 ay həkimlik edib. Qızları deyirlər ki, onunla hətta "səni koronavirusla mübarizəyə təyin edəcəklər" deyə zarafat edirmişlər. 

59 yaşlı A.Çetin infarkt keçiribmiş və ürəyinə stent taxılıbmış. 

Teqlər:
ölüm, yoluxma, Koronavirus, epidemiya, COVID-19, həkim, təcili yardım, İzmir, Türkiyə

Əsas mövzular