17:17 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
5530

Bugünkü mitinq Port-de-Lildən başlayıb və Respublika meydanılnadək uzanıb. Etirazçıların önündə qara paltarlı adamlar irəliləyiblər, adətən, onlar dinc aksiyaları davaya, dağıntılara çevirmələri ilə tanınırlar

BAKI, 5 dekabr - Sputnik. Parisdə "Qlobal təhlükəsizlik" haqda qanun layihəsinə qarşı keçirilən etiraz aksiyası darmadağına çevrilib. 

​Sputnik France xəbər verir ki, "Hər kəs polisə nifrət edir" qışqıran etirazçılar hüquq mühafizə işçilərinə daş və petarda yağdırır, fayer yandırırlar. Polis isə cavabında gözyaşardıcı qazdan istifadə edir. 

​Etirazçılar vitrinləri sındırır, barrikada qurur, küçələrdəki müşahidə kameralarını sıradan çıxarırlar. Onlar Qambet avenyusunda ən azı üç avtomobili yandırıblar. Hadisə yerinə yanğınsöndürənlər gəliblər. 

​Milli Şura noyabrın 24-də "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur. 

​Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər.  Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq. 

Bugünkü mitinq Port-de-Lildən başlayıb və Respublika meydanılnadək uzanıb. Etirazçıların önündə qara paltarlı adamlar irəliləyiblər, adətən, onlar dinc aksiyaları davaya, dağıntılara çevirmələri ilə tanınırlar. 

Polis aksiyada iştirak edənlərdən 22 nəfərinin həbs olunduğunu bildirib.

Teqlər:
darmadağın, dağıntı, mitinq, etiraz, Paris, Fransa

Əsas mövzular