17:19 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
3110

NTV telekanalının məlumatına görə, yeraltı təkanların hiss olunduğu Antalyada dağıntı və xəsarət alanlar yoxdur

BAKI, 5 dekabr - Sputnik. Türkiyənin Antalya şəhərində 5.2 maqnitudalı zəlzələ olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması İdarəsindən (AFAD) məlumat verilib. 

Bildirilir ki, yeraltı təkanların episentri Antalya vilayətinin Qazipaşa şəhəri yaxınlığında, Aralıq dənizində olub. NTV telekanalının məlumatına görə, yeraltı təkanların hiss olunduğu Antalyada dağıntı və xəsarət alanlar yoxdur. Həmçinin bildirilir ki, küçələrdə də sakitlikdir, insanlar panikaya düşməyiblər.

Teqlər:
Aralıq dənizi, Antalya, Türkiyə, zəlzələ

Əsas mövzular