14:26 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
41 0 0

Bayden ABŞ-ın müttəfiqləri və ortaqları ilə müzakirələr yolu ilə İrana qarşı sanksiyaları sərtləşdirməyə və uzatmağa çalışacağını, raket proqramını gündəmə gətirəcəyini bildirib

BAKI, 3 dekabr — Sputnik. İranda baş verən son hadisələr dünyanın gözünü yenidən bu bölgəyə çevirib. Tehran rəhbərliyi "nüvə atası" olaraq anılan Möhsün Fəxrizadənin öldürülməsindən sonra İranda nüvə fəaliyyətinin sürətləndirilməsinə qərar verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ ilə bağlı ABŞ-ın yeni seçilən və gələn ilin yanvarın 20-dən prezident səlahiyyətlərinin icrasına başlayacaq Co Bayden məsələ ilə bağlı Türkiyənin adını çəkərək bir açıqlama verib.

Bayden qeyd edib ki, Donald Tramp Administrasiyasının çıxdığı İranla nüvə razılaşmasına geri dönəcək. Lakin o, bu prosesin olduqca çətin olacağını bildirib.

Bölgədə vəziyyəti gərginləşdirən raketlərin varlığına diqqət çəkən Bayden gərginliyin azaldılması üçün ilk növbədə İranın nüvə proqramı ilə məşğul olmağın vacibliyini qeyd edib:

"İranın nüvə bombasına sahib olması Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digərləri üzərində nüvə silahlarına sahib olmalarına dair təzyiq göstərir. O bölgədə ehtiyacımız olan son şey nüvə potensialının artırılmasıdır".

Bayden ABŞ-ın müttəfiqləri və ortaqları ilə müzakirələr yolu ilə İrana qarşı sanksiyaları sərtləşdirməyə və uzatmağa çalışacağını, raket proqramını gündəmə gətirəcəyini bildirib: "ABŞ lazım olanda sanksiyaları ləğv etmək seçiminə malikdir, İran da bunun fərqindədir".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış ediblər.

Teqlər:
Səudiyyə Ərəbistanı, Misir, təzyiq, nüvə proqramı, nüvə silahı, Türkiyә, ABŞ, İran

Əsas mövzular