14:28 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
30 0 0

Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib

BAKI, 3 dekabr — Sputnik. Saçları töküldüyü üçün 16 ildir pariklə gəzən model sonda bu sirri açıb və ətrafdakıların reaksiyasından təəccüblənib.

Böyük Britaniyanın Manninqtri şəhərindən olan 29 yaşlı Laura Matias 13 yaşından "universal alopesiya"dan (yalnız başda deyil, bədəndə də tüklərin tam tökülməsinə səbəb olan xəstəlik) əziyyət çəkib.

Onun sözlərinə görə, yeniyetməlik dövründə o, keçəlliyindən utanaraq, bunu parikin köməyi ilə gizlədib.

"Elə düşünürdüm ki, yalnız məndə belə problem var, çünki o dövrdə heç bir sosial şəbəkə yox idi", - deyə model vurğulayıb. O həmin vaxtlar güzgüyə baxmağa nifrət etdiyini deyir.

Model 16 il parikini çıxarmayıb, ancaq koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantin dövründə evdə işləməyə başlayıb, buna görə də ondan hər gün istifadə etməyib.

Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib.

Artıq o, bir çox gündür parik taxmadan evdən çıxır və oxşar problemi olan qadınları fərqliliklərini gizlətməməyə təşviq edir. Bundan əlavə, Matias "Models of Diversity" xeyriyyə təşkilatının səfiridir: o, oxşar xəstəliyi olan digər qızları görünüşlərini qəbul etməyə çağırır.

Əsas mövzular