20:16 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (589)
9110

Çin rəhbərliyi eyni zamanda aktiv şəkildə tibbi maska və respiratorlar almağa başlayıb və tibbi vasitələrin ixracını azaldıb.

BAKI, 2 dekabr — Sputnik. Çin rəhbərliyi COVID-19 yarandığı ilk aylarda epidemiyanın miqyası barədə susub. Bu barədə Sputnik Azərbaycan "CNN"ə istinadən xəbər verir.

Telekanal Çin rəhbərliyinin ictimaiyyətə açıq olan rəsmi sənədlərində xeyli sayda uyğunsuzluqlar aşkarlayıb.

"Sənədlər göstərir ki, səhiyyə sisteminin yerli məmurları mükəmməl olmayan test sisteminə və hesabatlılığa istinad ediblər", - deyə məlumatda bildirilir.

Çinin Hubey vilayəti üzrə açıqlanan hesabatda bildirilir ki, simptomların meydana gəlməsi və diaqnozun təsdiqlənməsi arasında ortalama vaxt 23,3 gün olub. Rəyi soruşulan ekspertlərin fikrincə, bu, xəstəliyin monitorinq olunması və onunla mübarizəni xeyli dərəcədə çətinləşdirib.

Bu ilin mayında Birləşmiş Ştatların Daxili Təhlükəsizlik üzrə Nazirliyi (DHS) bəyan edib ki, Çin rəhbərliyi qəsdən yeni növ koronavirusun yayılması və təhlükəsi barədə məlumatı gizlədib. Hesabatda qeyd olunur ki, Çin rəhbərliyi bunu tibbi ləvazimatları toplamaq üçün edib.

Amerika kəşfiyyatı hesab edir ki, xüsusilə Çin ÜST-ü koronavirus infeksiyasının sürətlə yayılması barədə vaxtında məlumatlandırmayıb. Çin rəhbərliyi eyni zamanda aktiv şəkildə tibbi maska və respiratorlar almağa başlayıb və tibbi vasitələrin ixracını azaldıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 63,8 milyonu keçib, 1,48 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (589)
Teqlər:
CNN, ittiham, kəşfiyyat, ABŞ, Çin, yoluxma, Uhan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular