06:39 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
25 0 0

Noyabrın 27-də Tehranda naməlum şəxslər Möhsün Fəxrizadəyə hücum edərək yaralayıblar. Alim xəstəxanada keçinib.

BAKI, 29 noyabr - Sputnik. İran Parlamentinin üzvləri nüvə fiziki Möhsün Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlik fəaliyyətini məhdudlaşdırmağa çağırıblar.

Sputnik Azərbaycan RİA Npvosti-yə istinadən bildirir ki, bu barədə BAEA-nın Rusiya üzrə daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"İranlı alimin qətli səbəbi ilə İİR parlamentariləri əlavə protokolun dayandırılmasına və BAEA-nın müfəttişlik fəaliyyətini məhdudlaşdırmağa çağırıblar. Motivlər aydındır, ancaq emosiyalar heç də həmişə düzgün həli tapmağa yardım etmir. Əlavə protokol hər kəsin, eləcə də Tehranın maraqlarına cavab verir", - Ulyanov Twitter-də yazıb.

Noyabrın 27-də Tehranda naməlum şəxslər Möhsün Fəxrizadəyə hücum edərək yaralayıblar. Alim xəstəxanada keçinib. İranın Müdafiə Nazirliyi alimin qurumun tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləyib.

Teqlər:
məhdudiyyət, müfəttiş, Beynəlxalq Atom Enerjisi Agentliyi, qətl, alim, İran

Əsas mövzular