Cinsi istismar qurbanlarına dəstək üçün yığılan pulları rəhbərin maaşına xərclədilər

© AFP 2023 / YURI CORTEZДоллары США, фото из архива
Доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir

BAKI, 29 noyabr - Sputnik. Yaradılmasında Riz Uizerspun, Emi Şumer, Bri Larson kimi Hollivud ulduzlarının iştirak etdiyi cinsi istismara qarşı populyar hərəkat Time's Up ianələrin böyük qismini zorakılıq qurbanlarına deyil, öz rəhbərliyinin maaşına xərcləyirmiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post qəzeti vergi sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, yaradıldığı 2018-ci il ərzində təşkilat 3,67 milyon dollar toplaya bilib. Bunlardan 1,4 milyon dolları əməkhaqlarına, ancaq 312 min dollar cinsi istismara məruz qalmışlara hüquqi yardım fonduna sərf olunub. Bundan əlavə, 157 min dollardan çox konfranslara, 288 min dollar - reklama, 940 min dollar - "hüquqi xərclərə", 58 min dollar - səyahətə və 112 min dollar PR-kampaniyasına sərf edilib.

Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir. Qəzetin məlumatına görə, Time's Up gəlirlərinin 38%-ni əməkhaqlarına sərf edib.

Time's Up hərəkatı 2018-ci ildə, tanınmış aktyor, siyasətçi, jurnalist və digər məşhur şəxslərə, o cümlədən prodüser Harvi Vaynşteyn və aktyor Kevin Speysiyə qarşı açılmış seksual istismar ittihamlarından sonra yaradılıb. Hərəkatın qayəsi cinsi istismar qurbanlarına dəstəklə məşğul olmaqdır.

 

Xəbər lenti
0