"Yadplanetlilərin zarafatı" yoxa çıxdı - VİDEO

© AFP 2023 / RODGER BOSCHЗасохшие стволы деревьев, фото из архива
Засохшие стволы деревьев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika mətbuatı yazır ki, səhrada tapılan bu obyekt Stenli Kubrikin "2001-ci ilin kosmik odisseyası" filmindəki yadplanetlilərin obeliskinə bənzəyir

BAKI, 29 noyabr - Sputnik. Bir neçə gün öncə ABŞ-ın Yuta ştatında peyda olan parıltılı, iki adam boyu hündürlüyündə sirli monument yoxa çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli torpaq bürosu məlumat verib.

Bu obyekti Yutanın ictimai təhlükəsizlik departamentinin əməkdaşları ştatın cənub-şərqində qalınbuynuz qoyunların qeydiyyatını aparmaq məqsədilə vertolyotla uçuş keçirərkən aşkarlayıblar. Yerli hakimiyyət monumentin dəqiq yerini açıqlamaqdan imtina etsə də KİV-də məlumat yayılandan iki gün sonra insanlar özləri onu axtarıb tapıblar.

Amerika mətbuatı yazır ki, səhrada tapılan bu obyekt Stenli Kubrikin "2001-ci ilin kosmik odisseyası" filmindəki yadplanetlilərin obeliskinə bənzəyir. İki fərq var: filmdəki obyekt qara düzbucaqlı paralelepiped formasındadır, Yutadakı isə parıltılı metal rəngindədir, üç üzü var.

Hökumət obyektin mənşəyini öyənməyə çalışıb, ştatın torpaq bürosu isə onun quraşdırılmasını qeyri-qanuni adlandırıb. Amma bürodan deyiblər ki, obyekti onlar sökməyiblər.

Salt Lake Tribune yazır ki, monolitdən qalan bircə onun üstündə olan üçbucaqlı metal hissə, bir də olduğu yerdəki çaladır.

Kolorado ştatının sakini Rikkardo Marino deyib ki, monolitə aparan yolda gecə vaxtı nəsə düzbucaqlı əşya daşıyan yük maşını görüb. Monolitin olduğu yerə çatanda isə onu yerində görməyib.

Xəbər lenti
0